Sosial
Bəhram: "Mənə yaşamaq imkanı yaratdığınız üçün təşəkkür edirəm"
Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ona göstərdiyi diqqət və qayğısına görə təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə B.Bağırzadə instaqram hesabında yazıb:
““Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə - gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…
Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 2020-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
View this post on Instagram
Gözəllik02:43Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
Ekopublika.az02:19Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
İdman01:15Arda tarixi matçında belə qol vurdu - VİDEO
Qoroskop00:45Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
Magazin126 Aprel 23:26Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
İnanc26 Aprel 23:02Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
Region26 Aprel 22:37Başqa çıxış yolumuz yoxdur - Paşinyan
Hadisə26 Aprel 21:47Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR