Lerikə istirahətə gedənlər yaxalandı
Bizi izləyin

Sosial

Lerikə istirahətə gedənlər yaxalandı

Lerikdə sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn 10 şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edili.

Sözügedən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm