Bəzi şəxslərə 190 manatın verilməməsinin SƏBƏBİ AÇIQLANDI
Bizi izləyin

Sosial

Bəzi şəxslərə 190 manatın verilməməsinin SƏBƏBİ AÇIQLANDI

Əgər şəxs birdəfəlik ödəniş həyata keçirilən ayda vəsaiti götürməyibsə, ona təkrar ödəniş edilə bilməz.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan mətbuat konfransında deyib: "Qaydalar müəyyənləşdirilib. Şəxsin həmin ay gəliri olduğu üçün, vəsaitdən istifadə etmədiyinə görə kartı bloklaşdırılır".

O qeyd edib ki, aztəminatlılıq meyarına uyğun gəlib, lakin ehtiyacı olmayan şəxslər müəyyənləşdirilib və onlar birdəfəlik müavinətin ödənişindən kənarlaşdırılıb: "3 min belə şəxs ödəniş siyahısından çıxarılıb. Eyni zamanda 10 min şəxs əmək müqaviləsi bağlayan insan bu siyahıdan çıxarılıb"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm