13 min nəfərin adı siyahıdan çıxarılıb - Nazir izah etdi
Bizi izləyin

Sosial

13 min nəfərin adı siyahıdan çıxarılıb - Nazir izah etdi

Əgər şəxs birdəfəlik ödənişin verildiyi ayda vəsaiti götürməyibsə, ona təkrar ödəniş edilə bilməz.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib:

"Qaydalar müəyyənləşdirilib. Şəxsin həmin ay gəliri olduğu üçün vəsaitdən istifadə etmədiyinə görə kartı bloklaşdırılır".

O qeyd edib ki, aztəminatlılıq meyarına uyğun gəlib, lakin ehtiyacı olmayan şəxslər müəyyənləşdirilib və onlar birdəfəlik müavinətin ödənişindən kənarlaşdırılıb: "3 min belə şəxs ödəniş siyahısından çıxarılıb. Eyni zamanda əmək müqaviləsi bağlayan 10 min şəxs də bu siyahıdan kənar edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm