Rusiyadan təxliyə edilən vətəndaşlarla görüşlər keçirilib
Bizi izləyin

Sosial

Rusiyadan təxliyə edilən vətəndaşlarla görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyə edilərək vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm