Nazirlik mənzil növbəsində olan şəxslə bağlı açıqlama yaydı
Bizi izləyin

Sosial

Nazirlik mənzil növbəsində olan şəxslə bağlı açıqlama yaydı

Sosial şəbəkələrdən birində yayılan videoda Zərdab rayonu, Kəndəbil kənd sakini, ümumi səbəbdən 1-ci dərəcə gözdən əlilliyi olan şəxs Vasif Abdullayev 2016-cı ildə həmin rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğunu deyərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmədiyindən narazılıq edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Publika.az-a bildirib ki, Nazirlik ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxsləri və şəhid ailələrini mənzillə təmin edir:
"Ona görə də rayon (şəhər) İcra Hakimiyyətlərindən də həmin kateqoriyalardan olan vətəndaşların mənzil növbəliliyi siyahıları alınır və Nazirlik həmin siyahılar üzrə də növbəlillik qaydasında mənzillə təminat işlərini aparır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm