Polis əhaliyə xəbərdarlıq etdi
Bizi izləyin

Sosial

Polis əhaliyə xəbərdarlıq etdi

“Hərbi vəziyyət rejimi ilə əlaqədar Bakı şəhərində saat 21:00-dan tətbiq olunan komendant saatı müddətində yaşayış yerlərinizi tərk etməmək tələb olunur”.

Publika.az xəbər verir ki, bu barədə Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə edilən müraciətdə qeyd olunub.

Bildirilib ki, əks halda qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqsınız. Müqəddəs borcunuzun yerinə yetirilməsində həmrəylik nümayiş etdirib dövlət orqanlarına dəstək olun.

"Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla, bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik", - müraciətdə deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm