Sosial
Milli Qəhrəmanın 12 yaşlı nəvəsindən QÜRURVERİCİ HƏRƏKƏT
Bakıda 12 yaşlı məktəbli qürurverici hərəkəti ilə digərlərinə örnək olub.
Bakı şəhər sakini, Xocalıdan olan məcburi köçkün Tofiq Hüseynov Azərbaycan əsgərinə dəstək aksiyasına qoşulub. T.Hüseynov bir müddət əvvəl özünə fotoaparat almaq üçün 50 qəpiklər yığırmış. Bir neçə gün öncə o, ASAN Xidmətin Azərbaycan əsgərinə dəstək aksiyası keçirdiyini eşidib və yığdığı qəpiklər dolu qabı götürərək 5 saylı ASAN xidmət mərkəzinə yollanıb. O, pulqabını xidmət əməkdaşlarına təqdim edərək "Bunun içərisindəki pulları əsgərlərimizə əlcək və corab almaq üçün göndərin, qoy onların əlləri üşüməsin və torpaqlarımızı tez azad etsinlər" deyib.
Xidmət əməkdaşları uşağın iştirakı ilə pulqapını açaraq sayıb. Qabda 103 manat 50 qəpik olub. Xidmət əməkdaşları uşağa təkid ediblər ki, həmin pulu özünə xərcləsin. Amma Tofiq Hüseynov inadla bu pulun əsgərlərə göndərilməsini istəyib. Beləliklə, T.Hüseynovun topladığı 103 manat əsgərlər üçün qəbul edilib".
Xatırladaq ki, T.Hüseynov Azərbaycanın şəhid Milli Qəhrəmanı, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun oğul nəvəsidir. (trend)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR