Sosial
Bakıda birgə reyd keçirildi - FOTO
Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun bu gündən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılaraq epidemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarını əhatə edən birgə reydlər keçirilir.
Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə birinci növbədə vətəndaşlarin qoruyucu maskalardan istifadə etmələrinə riayət etmələri, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı yerindəcə cərimə tədbirləri tətbiq olunur.
Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.
Bir daha bütün vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)

















.jpg)

.jpg)