Sosial
Bərdə rayon İcra Hakimiyyətindən bayrağımıza HÖRMƏTSİZLİK - FOTO/VİDEO
Bərdə Rayon İcra Hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarına qarşı təhqiramiz addım atdığı haqda məlumat yayılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi zamanı ucaldılan qardaş ölkə bayraqlarının bir neçə gün öncə çıxarıldığını və bayraqlara yaraşmayan tərzdə qarajın bir küncünə atıldığını bildiriblər.
Bayraqların əvvəlki görünüşü, həmçinin bayraq dirəklərinin kəsilməsi və hazırda bayraqların saxlandığı yerin foto və videosu da paylaşılıb.
***
Bərdə rayon icra başçısı Vidadi İsayev saytımıza açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə bayraqlarının dirəyi küləkli hava şəraiti səbəbindən qırılıb.
“Həmin vaxtıhava şəraiti həddindən çox küləkli idi. Bayrağın asıldığı dirəklər isə nazik olub və torpağa basdırılmışdı. Həmin dirəkləri külək aşırmışdı. Əraziyə baxış keçirilən zaman bayraqlar səliqə ilə götürülüb yaxınlıqdakı sexin qarşısına qoyulmuşdu ki, külək kəsdikdən sonra yenidən yerinə qaytarılsın. Lakin hansısa maraqlı qüvvələr onu yerə atararaq, şəkillərini çəkib ictimailəşdirib”, - başçı bildirib.
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT
-
Sosial19:12
İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ÖLÜBMÜŞ