Sosial
“Şirməmməd Hüseynov mükafatı” Milli Məclisin sədr müavininə təqdim olundu
Parlament Jurnalistləri Birliyinin (PJB) təsis etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın 2024-cü il üzrə qalibi Milli Məclisin sədr müavini, ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor Rafael Hüseynov olub.
Publika.az xəbər verir ki, ötən gün Mətbuat Şurasında mükafatın təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ustad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir.
Şura sədri qeyd edib ki, Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük və əvəzsiz tədqiqatçısıdir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılması və cəmiyyətə çatdırılmasının görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb və ustadın adı ilə bağlı mükafatın layiqli sahibinə çatmasından məmnunluğunu ifadə edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı prinsipal məqamlardan söz açaraq, 14 namizəd arasından Rafael Hüseynovun seçildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bu seçim rəhbərlik etdiyi qurumda cəmləşmiş jurnalistlərin ümumi rəyidir.
E.Eyvazlı onu da bildirib ki, Rafael Hüseynov görkəmli şəxsiyyət, eyni zamanda, Azərbaycan üçün böyük xidmətlərə malik dəyərli elm xadimidir.
Milli Məclisin müavini Rafael Hüseynov yüksək etimada görə hər kəsə təşəkkürünü bildirb.
O, ustad jurnalistin adını daşıyan mükafatın özü üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb.
R. Hüseynov Şirməmməd Hüseynovla bağlı xatirələrindən söz açıb və qarşıda duran işlərdən də danışıb:
“Bizim hələ Şirməmməd Hüseynov və Cümhuriyyətlə bağlı yazacağımız çox şeylər var. Çox məmnunam ki, belə dəyərli mükafata layiq görülmüşəm. Bu mükafat gələcəkdə bu istiqamətdə yazılar yazmağıma böyük stimul olacaq”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova atası Şirməmməd Hüseynovun xalq və dövlət tərəfindən eyni dərəcədə sevilən böyük alim və ziyalı olduğunu vurğulayaraq, onun adını daşıyan mükafatın Azərbycan Xalq Cümhuriyyəti irsini yaşadan dəyərli şəxslərə təqdiminin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.
PJB İdarə Heyətinin üzvü, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureata təbriklərini çatdırmaqla, R. Hüseynovun Azərbaycan elminə misilsiz töhfələrindən söz açmaqla yanaşı, PJB-nin Şirməmməd Hüseynov mükafatını ustad qələm sahibinin, əvəzsiz müəllimin, böyük ziyalının və alimin irsinə ehtiramın, yüksək qədirbilənliyin nümunəsi kimi dəyərləndirib.
Xatırladaq ki, 2019-cu ildə təsis olunmuş “Şirməmməd Hüseynov mükafatı”nın 2020-ci ildə qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Magazin115:48
"Bozbash pictures"in məşhur aktyoru vəfat etdi - FOTO
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Rəsmi xronika14:36
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!
-
Sosial13:50
Bu kanalın yenidən qurulmasına 12,4 milyon ayrıldı
-
Sosial13:22
Bu şəxslərə daha 1 000 mənzil veriləcək
-
İqtisadi gündəm12:45
Bu xidmətlərə görə ödənişlər artırıldı - Rəsmi