TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər
Bizi izləyin

Sosial

TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:

"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdırlar. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm