Sosial
Professor - Yoluxucu xəstəlikləri tamamilə məhv etmək heç kimə qismət olmayıb
“Koronavirus yoluxmalarının ölkəmizdə gündən-günə artmasının əsas səbəbi əhalinin gigiyenik qaydalara əməl etməməsidir. Bir ailədə kimsə xəstələnməmiş insanlarımız inanmır. Təəssüf ki, əhalinin bir qrupu göstərilən normativlərə əməl etmir, istədiyi kimi davranır. Bu qrup da yoluxmanın yayılmasına kifayət edir”.
Bu sözləri Publika.az-a açıqlamasında professor, epidemioloq İbadulla Ağayev deyib. Həkim bildirib ki, televiziya, radio və mətbuatda hər gün mütəxəssislərin bu barədə açıqlamaları getsə də, etinasız yanaşanlar var:
“Yoluxmanın qarşısını almaq üçün 3 qızıl standarta əməl etməliyik. Bu qaydalar bu gün kəşf olunmayıb, tarix boyu nənə və babalarımız üçün gigiyenik qaydalar həmişə vacib olub, sadəcə əllərin deyil, evlərin də təmizliyinə xüsusi diqqət göstəriblər.
İnsanlarımız zəhmət çəkib maskalardan istifadə etməli və sosial məsafəni gözləməlidir. Əl və üz gigiyenası ilə yanaşı burun dəliklərini də su məhlulu ilə yumaq və təmizləmək lazımdır ki, ilişib qalan virus və bakteriyalar xaric olunsun. Dövlət, Azərbaycan səhiyyəsi və TƏBİB infeksiyanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görüb. Amma əhali buna riayət etmir”.
Professor onu da qeyd edib ki, öz-özünü müalicə etmək cəhdləri yaxşı nəticələnməyə bilər:
“Xəstəxanalarımız, poliklinikalarımız və sahə həkimlərimiz var, xəstələnmisinizsə, onlara müraciət edin”.
İbadulla Ağayev hesab edir ki, yoluxucu xəstəlikləri tamamilə məhv etmək heç kimə qismət olmayıb və bundan sonra da olmayacaq:
“Yoluxucu xəstəlikləri qismən ləğv etmək olur. Odur ki, pandemiyanın nə zaman bitəcəyi ilə bağlı hər hansı proqnoz vermək çətindir. Amma dövlət səviyyəsində güclü tədbirlərin həyata keçirildiyi ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Yoluxma sayının dekabr ayında artıb-artmaması yalnız əhalinin özündən asılıdır. Hər bir insan özünü gözləməlidir”.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




.jpg)

















.jpg)

.jpg)