Sosial
BU TARİXDƏN SMS icazə ləğv edilə, metro açıla bilər - Deputat AÇIQLADI/VİDEO
Video əlavə olunub.
xxx
"Nazirlər Kabineti yanında Operativ Qərargah bütün parametrləri qiymətləndirərək, yanvarın 18-dən sonra karantin rejiminin yumşaldılması barədə qərar verə bilər”.
Publika.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyevin sözlərinə görə, karantinin yumşaldılmasına getmək üçün kifayət qədər əsaslar var: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ilin dekarından tətbiq edilən sərtləşdirilmiş karantin kifayət qədər effekt verdi. Yoluxma və ölüm sayında əhəmiyyətli azalma müşahidə edilir. Təbii ki, buna vətəndaşların qaydalara ciddi riayət etməsilə nail olundu. Vətəndaşlarımız problemin ağırlığını dərk edir və məsuliyyət nümayiş etdirirlər. Göstəricilər yaxşıdır, həm yoluxma, həm də virusdan ölüm sayı azalıb. Ona görə yumşalmaya gedilməlidir. Amma bu o demək deyil ki, virus bitdi. Hətta vaksinasiyadan bir müddət sonra da tibbi maskadan istifadə labüd hesab edilir, həmçinin gigiyenik qaydalara riayət şərtdir”.
Komitə sədri praktikada olduğu kimi yumşalmanın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Hansı qərarlar veriləcək, bunlar rəsmilər tərəfindən açılanacaq. Amma hesab edirəm ki, SMS icazə ləğv edilə bilər, bəzi sahələrdə iş bərpa oluna bilər, metro açıla bilər. Bütövlükdə siyahını Operativ Qərargahın üzvləri müəyyən edir. İlkin olaraq, hansı qərarlar veriləcək, hansı sahələrdə fəaliyyət bərpa olunacaq, bunu yalnız Operativ Qərargah açıqlayacaq”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





