Sosial
Su təchizatı xidmətlərinin dayandırılması və bərpası qaydası açıqlandı - VİDEO
Su təchizatı və kanalizasiya xidmətlərinin müvəqqəti dayandırılması və yenidən bərpası abonentlərin müraciəti əsasında həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Publika.az-a bildirilib ki, abonentlər su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılması üçün yazılı ərizə, elektron müraciət, qaynar xətt və digər mövcud əlaqə vasitələri ilə müvafiq sukanal idarəsinə müraciət edə bilərlər.
Daxil olan müraciətlərə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq baxılır və qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür.
Qeyd olunub ki, müraciət əsasında abonentin su təchizatı və kanalizasiya xidmətləri üzrə borcunun olub-olmaması araşdırılır. Eyni zamanda, xidmətlərin dayandırılması nəzərdə tutulan ünvanda digər istehlakçıların yaşayıb-yaşamadığı müəyyənləşdirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq su təchizatı və kanalizasiya xidmətlərinin müvəqqəti dayandırılması təmin edilir. Xidmətlərin yenidən aktivləşdirilməsi isə abonentin müvafiq ərizəsi əsasında həyata keçirilir.
Agentlikdən bildirilib ki, müraciətlərin icrası və müvafiq proseslərin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət 5 iş günüdür.
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?















.jpg)



.jpg)







.jpg)
.jpg)










