Sosial
"Maaş və pensiyalara yenidən baxılacaq" - Deputat DANIŞDI
Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmalıdır".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirindən danışarkən bildirib.
V.Əhmədov qeyd edib ki, mütəmadi olaraq, bu istiqamətdə dövlət başçısı tərəfindən işlər həyata keçirilir:
"Amma indiki bahalaşma fonunda düşünürəm ki, maaş və pensiyalara yenidən baxılmalıdır. Çünki bahalaşma çox sürətlə gedir. Fevralın 1-dən yaz sessiyası öz işinə başlayır, hesab edirəm ki, parlamentdə də bu məsələyə baxılacaq”.
Parlamentarinin sözlərinə görə, benzin və dizelin bahalaşması fonunda bahalaşma gözlənilən idi:
"Məhsulların daşınması zamanı nəqliyyat xərcləri onun qiymətinə təsir edən amildir. Necə ola bilər ki, yanacaq bahalaşsın, amma mal-məhsul yox. Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının qiymətinə də ciddi təsir edir. Amma monitorinqlər göstərir ki, bəzi məhsullar obyektiv səbəbdən bahalaşsa da, çoxu sui-istifadə nəticəsində bahalaşıb. Hətta bəzi məhsullarda bahalaşma 1-2 manat həcmindədir. Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir”. / Modern.az
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı