Sosial
SMS-icazə bu şəxslərə tətbiq edilməməlidir - Həkim
Mütəxəssislər bildirirlər ki, ölkədə pandemiya ilə əlaqədar SMS-icazə sistemi yenidən tətbiq edilərsə, vaksin vurduran şəxslər ondan azad edilməli və onların sərbəst hərəkətinə imkan yaradılmalıdır.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib ki, belə bir qərar qəbul edilərsə, bu, peyvənd vurulmayan digər qruplar arasında haqlı narazılığa səbəb ola bilər:
“SMS-icazə ilə bağlı hələlik rəsmi qərar yoxdur. Əgər ölkədə belə bir qərar olarsa və peyvənd vurulan şəxslərə tətbiq edilərsə, bu, əhali arasında müəyyən narazılıqlar və aqressiya doğura bilər. Çünki vaksinasiya prosesi könüllü aparılır və ölkəyə gətirilən vaksin sayı da müəyyən risk qrupu üçün nəzərdə tutulub. Onlar vaksin olunmaq istədiklərini, lakin növbəsi çatmadığı üçün bunun baş tuta bilmədiyini qeyd edərək etiraz edə bilərlər. Əgər ölkədə vaksinasiya prosesi bütün yaş qrupları üçün aparılsaydı və bəziləri bu prosesdən kənarda qalmaq istəsəydi, deyə bilərdik ki, SMS icazə yalnız onlar üçün tətbiq edilsin”.
Ekspert onu da qeyd edib ki, SMS-icazə sistemi tətbiq olunarsa, yalnız virusa yoluxub sağalanlar ondan azad oluna bilər:
“Virusa yoluxan şəxslər vaksinasiyadan da kənarda qalırlar. SMS-icazə sistemi tətbiq olunarsa, 6 ay ərzində virusa yoluxub sağalanlar bu qadağadan kənarda qalmalıdır”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





