• USD 1,7000 0,00% EUR 2,0681 +0,29%
    • GBP 2,4092 +0,60% RUB 0,0231 +0,43%

Firəngiz Rüstəmova növbəti kitablarını təqdim etdi

Firəngiz Rüstəmova növbəti kitablarını təqdim etdi

İxtisasca mama-ginekoloq olan Firəngiz Rüstəmova Avropa Təbii Elmlər Akademiyasının üzvü və eyni zamanda bir neçə kitabın – “Hor sivilizasiyası və onun günümüzdə izləri”, “Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim”, “Qadın xəstəlikləri müalicəsində dərman bitkilərinin rolu”, “Ginekoloqun gündəliyindən”, “Al Madan Al Anaya” adlı kitabların müəllifidir.

O aylarını, illərini – bütövlükdə ömrünün böyük hissəsini kitablara ayıran, arayıb- axtarıb hər dürrdən bir zərrə toplayıb kitablara köçürən və onu geniş oxucu kütləsinə təqdim edən günümüzün yaradıcı qadın yazarlarındandır. Son ildə Firəngiz xanım nəfis şəkildə çap olunmuş iki fərqli, aktual mövzuların yer aldığı kitablarını oxuculara təqdim edib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Folk və ya xalq təbabəti” və “Təbabət və mifologiya: görünən və görünməyən əlaqələr” adlı kitablar müəllifin təbiətlə qəlbinin vəhdətindən yaranmış gözəlliyin məhsuludur, desək, yanılmarıq. Firəngiz xanım bu kitablarla bizə bələdçilik edir, təbiətin sirli, sehirli bitkilərini tanımağa, dərk etməyə səsləyir.

Hər iki kitabı oxucularına təqdim edən müəllif bildirib ki, oxucu diqqəti, oxucu sevgisi onu daha da ruhlanıdırır və yeni-yeni araşdırmalara sövq edir. Pandemiya şərtlərinə uyğun olara həyata keçirilən tədbirdə iştirak edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, politoloq, Əməkdar jurnalist Aynur Camalqızı, Əməkdar jurnalist, AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli, Yazıçı jurnalist Şərəf Cəlilli, AQSİA İdarə Heyətinin üzvü Pərvanə İsgəndərova və başqaları öz çıxışlarında kitabla bağlı yüksək fikirlərini bildirərək, kitabların ictimaiyyət üçün, xüsusilə qadınlar üçün ciddi çəkisindən, gərəkliliyindən bəhs etdilər. Firəngiz Rüstəmovanın yaradıcılığını şərh edən natiqlər müəllifə yeni- yeni uğurlar arzuladılar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR