Sosial
AQSİA Sahibkar gününə həsr olunmuş konfrans keçirdi - FOTO
Aprelin 24-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Sahibkar gününə həsr olunmuş konfransı keçirilib.
Məlum pandemiyanın şərtlərinə uyğun düzənlənən tədbirdə az sayda sahibkar iştirak etsə də, Assosiasiyanın üzvləri və bölgələrdəki nümayəndələri vebinar vasitəsilə konfransa qatılıblar.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva sahibkar gününün təsis edildiyi üçün dövlət başçısı Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Assosiasiyanın rəhbəri dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğılardan, uğur və perspektivlərdən bəhs edib.
Daha sonrakı çıxışçılar AQSİA-nın beynəlxalq əməkdaşlığı ilə bağlı, 2020-ci ildə görülən işlərin hesabatı, Pandemiya və 44 günlük Vətən müharibəsi dönəmində həyata keçirilən layihələrlə, aksiyalarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda AQSİA-nın inkişafında xidmətlərinə görə fərqlənən sahibkar xanımlara təşəkkür olaraq 2020-ci ilin simvolu olan Xarı Bülbül medalları təqdim olunub.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi