Polis əməkdaşına qarşı zor tətbiq edən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI
Bizi izləyin

Sosial

Polis əməkdaşına qarşı zor tətbiq edən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI

Mayın 11-də saat 20 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğunun Publika.az-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy Rayon Polis Şöbəsinə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm