Sosial
Şəhidin ad günü məzarı başında qeyd olundu - FOTO
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayıllı rayonunun Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.
Publika.az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Teymur Osmanlı yaşasaydı 26 yaşını qeyd edəcəkdi.
Anım mərasimində şəhidin həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid Teymurun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.
Daha sonra Cülyan kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarı ziyarət edilib. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO