Bu uşaqlara İMTİYAZLAR verilə bilər
Bizi izləyin

Sosial

Bu uşaqlara İMTİYAZLAR verilə bilər

Vətən Müharibəsi iştirakçılarının uşaqları məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilə bilər.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.

Bu barədə “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Bu kateqoriyaya Vətən Müharibəsi iştirakçılarının uşaqlarının da daxil edilməsi təklif olunur. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm