Sosial
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Respublika Gününə həsr olunmuş tədbir keçirdi
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı və İcmanın Ankara təmsilçiliyinin birgə təşkilatçılığı ilə 28 may- Respublika gününə həsr olunmuş onlayn konfrans keçirib.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov 28 May – Respublika günü və bu günün tarixi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, bu il digər illərdən fərqli olaraq, ölkəmiz 28 may gününü qalib bir xalq kimi qeyd edir və bunun üçün şanlı ordumuz və müzəffər Ali Baş komandanımıza minnətdarıq.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli 28 may 1918-ci ildə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi ilə Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını bildirib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə süqut etsə də, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının real göstəricisi idi. Xalqımız yenidən müstəqilliyini əldə edənə kimi əsla qurduğu Cümhuriyyəti unutmadı, daim müstəqil eşqi ilə yanıb tutuşdu.
Digər çıxışçı Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Tədbirin digər iştirakçısı Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışı zamanı vurğulayıb ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Demokratik Cümhuriyyət XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyub. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadığına diqqət çəkən natiq Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu deyib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğulayıb.
Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququnun verilməsi, Parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərarının da əhəmiyyətli qərarlardan biri olduğunun bildirib.
Ombudsman təsisatının əməkdaşı Azadə Novruzova, Qərbi Azərbaycan İcmasının sədr müavini Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyi mətbuat xidmətinin rəhbəri Oktay Hacımusalı Azərbaycan Demokratik Cümhuriyyətinin tariximizdəki rolundan bəhs ediblər.
Natiqlər bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Bu gün də onun ənənələri müstəqil Azərbaycan dövləti uğurla davam etdirilir.
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefa göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)







_(1).jpg)












