Sosial
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
Azərbaycanda rayonlar arasında orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ərazi Zəngilan rayonudur. Burada təyin olunmuş pensiyaların orta aylıq məbləği 502,20 manat təşkil edir. Şuşa rayonu 491,95 manatla ikinci, Siyəzən rayonu isə 489,91 manatla üçüncü yerdə qərarlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatları əsasında hazırlanmış 2026-cı il oktyabrın 1-nə olan pensiya təminatı üzrə statistik göstəricilərdə bildirilir.
Məlumata əsasən, rayonlar üzrə orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ilk beşlik belədir:
Zəngilan rayonu - 502,20 manat (3 889 pensiyaçı)
Şuşa rayonu - 491,95 manat (3 136 pensiyaçı)
Siyəzən rayonu - 489,91 manat (3 713 pensiyaçı)
Abşeron rayonu - 485,75 manat (17 767 pensiyaçı)
Qubadlı rayonu - 478,62 manat (4 714 pensiyaçı)
Salyan rayonu - 470,06 manat (12 656 pensiyaçı).
Beləliklə, ilk beşlikdəki rayonlar arasında orta aylıq pensiya məbləği üzrə ən yüksək göstərici ilə ən aşağı göstərici arasında 32,14 manat fərq var.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği isə 595,80 manat təşkil edib. Bakı şəhərində bu göstərici 820,88 manat olub.
Siyahı yalnız rayonlar üzrə tərtib edilib, şəhərlərin göstəriciləri reytinqə daxil edilməyib.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO






.jpg)
.jpg)

.jpg)

















.jpg)
.jpg)









