Sosial
Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır
2021-ci il mayın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub.
Onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!









.jpg)

.jpg)














.jpg)









