Sosial
Azərbaycanda restoranlarda yer qalmadı, qiymətlər KƏLLƏ-ÇARXA QALXDI: 150 yox, 250 nəfər... (VİDEO)
Video əlavə olunub.
xxx
Xəbər verdiyimiz kimi, iyulun 1-dən bir sıra qaydalara riayət etməklə kütləvi şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.
Bir ildən artıq müddətdir ki, qapalı olan şadlıq evlərində toy mərasimlərinin bərpa olunması qərarı ilə bağlı qiymətlərin əvvəlki dövrə nisbətdə müəyyən qədər artacağı ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir. Eyni zamanda bu qədər müddət ərzində toy şənliklərini ertələyərək icazənin veriləcəyi günü gözləyən insanlar şadlıq saraylarına axın etməyə başlayıb ki, bu da yer sıxlığına səbəb olur.
Biz də həm mövcud qiymətləri, eyni zamanda nə qədər vətəndaşın müraciət etdiyini, sıxlığın yaşanıb-yaşanmadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.
“Eluxe Events Hall” şadlıq evindən Publika.az-a bildirildi ki, iyul aylarında bəzi həftə içi günlər istisna olmaqla, bütün yerlər tutulub: “Məsələn, iyul ayının 6-7-də boş yer var. Həftə sonları isə tamamilə tutulub. Şənbə və bazar günləri avqust ayına qədər doludur. Qiymət isə 1 nəfər üçün 250 manatdır. Qiymətdə güzəşt etmirik, çünki menyuda bahalı məhsullardan istifadə olunur”.
“BƏM Lido Saray”dan deyildi ki, iyul və avqust aylarında həftə sonları bütün yerlər tutulub: “Avqustda da Məhərrəmlik ayı başlayır. Ancaq həftə içi günlərdən bəzi yerlər boşdur. Qiymətlər isə 50-60 manatdan başlayır. Menyudan asılı olaraq qiymət arta bilər”.
“Simfoniya Hall” şadlıq evindən verilən məlumata görə, hər iki ayda boş yerlər mövcuddur: “İyul və avqust aylarında yer var. Ancaq artıq tutulan zallar da var. Qiymətlər 120 manatdan başlayır. Musiqi, dekor və video isə əlavədir. Əvvəl də 400-500 nəfərlə olan toylar 120 manatdan başlayırdı”.
“Badi Səba Saray”dan deyildi ki, qərardan sonra müraciət edənlərin sayı çoxdur: “Bu gün bizə 40 nəfərdən çox müraciət olub. Əvvəldən də siyahıya yazılanlar var, onlar da gözləyirlər. Hansı tez gəlib yeri danışsa, onların da toyu təşkil olunacaq. Həftə sonları demək olar ki, tutulub. Qiymət isə 35 manatdır”.
Qeyd: “Badi Səba Saray”ın səhifəsində qiymət 1 nəfər üçün 32 manat olaraq göstərilib.
“Fayton” restoranından nümayəndə qeyd etdi ki, toylar açıq havada təşkil olunacaq: “Bizdə 100 nəfərlik yerdir, açıq hava altında təşkil edirik. Qiymətlər müxtəlifdir. Müştərilər gəlib restoranda menyunu seçib qiyməti danışmalıdır. Ancaq ümumi olaraq deyə bilərəm ki, qiymətlər 35-45 manat arasında dəyişir.
“Mona Liza Saray”dan saytımıza verilən məlumata görə, qiymətlərdə bir qədər artım mövcuddur: “İyul və avqust ayında həm həftə içi, həm də həftə sonu boş yer mövcuddur. Qiymət isə 80 manatdan başlayır. Əvvəl 10 manat aşağı idi, say az olduğuna görə qiymət də qalxdı. Çünki əvvəllər 400-500 nəfər qonaq olurdu. İndi isə say azdır, 150 nəfərlə bunu edə bilmirik”.
Restoranların bir neçəsinə isə müştəri olaraq zəng etdik.
“Şuşa Saray”ın nümayəndəsi bildirdi ki, qonaq sayı minimum 150 nəfər olmalıdır: “Maksimum 200-250 nəfərlə də toyunuzu edə bilərsiniz. Neçə nəfərlə istəsəniz olar. Qonaq nə qədər çox olarsa, qiymətdə də endirim olacaq. Sayla bağlı problem olmayacaq, narahatlığa əsas yoxdur. Müraciətə əsasən iyul və avqust ayları ərzində 5-6 boş yer qalıb. Qiymət 40-60 manat arasında dəyişir. Hər bir şey menyuya daxildir.
“Mega Palace” şadlıq evində də qiymətin bir qədər artırıldığını öyrəndik: “İyul və avqust ayları üçün boş yerlər var. Həftəsonu üçün də var. Qiymət 35-40 manatdan başlayır”.
Qeyd edək ki, “Mega Palace” şadlıq sarayının səhifəsində 1 nəfər üçün qiymət 30 manat olaraq qeyd edilib.
“Gilavar Saray”da da qiymət artımı mövcuddur: “Boş yerlər var. Qiymət isə 50 manatdan başlayır. Əgər müştəri istəyərsə, daha bahalı qiymətə menyu sifariş edə bilər”.
Qeyd: Bu şadlıq evinin səhifəsində də dediklərindən fərqli qiymət yerləşdirilib. Belə ki, 1 nəfər üçün 40 manat təyin olunub.
“İmperial Saray”dan bildirildi ki, yerlərin böyük əksəriyyətini əvvəldən adlarını yazdıranlar tutub: “İyul ayında 3 boş günümüz var. Bu, hazırkı vaxta olan rəqəmdir. Ola bilsin ki, o yerlər də tutulacaq. Çünki qərar yeni verildi. Qiymət isə 40-55 manatdır. Əvvəl 300-400 nəfərlik toy edirdik. Qiymət daha ucuz idi, say çox olduqca, qiymətdə endirim edirdik”.
-
İdman22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT