Sosial
Bu içkilər də energetik deyilmiş - RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlar arasında ədalətli rəqabət mühitinin yaradılması və qorunması istiqamətində kompleks tədbirlərini davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, xidmət haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında apardığı araşdırmalar zamanı daha 4 sahibkar barəsində iş qaldırıb.
Araşdırmaların nəticələrinə əsasən, A+Co ASC-nin istehsal etdiyi “Full energy” spirtsiz içkilərinin üzərində “Original Full Energy", “İmpulse Full Energy”, “Makes your energu full” ifadələrindən istifadə olunması, “Berg Energy” MMC-nin eyni adlı məhsulunda “Energy”, “100% maximum energy” və “The great power feel the coolness” ifadələrindən istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “Pit Bull” adlı içkinin markalanmasında isə “Energy” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti “A+Co”, “Berg Energy”, “NPG Azərbaycan” və “Veysəloğlu” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırıb.
"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, spirtsiz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
Dövlət Xidməti istehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO

































