Sosial
"İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası" layihəsinə start verilir
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Bu barədə Publika.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.
Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR