Sosial
Ölkəmizdə istifadə olunan peyvəndlər tamamilə təhlükəsizdir - Şahmar Mövsümov
Ölkəmizdə istifadə olunan peyvəndlər tamamilə təhlükəsizdir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, vaksinasiya prosesi başlayan gündən bu günə qədər koronavirusa yoluxub ölən şəxslərin 99 faizi peyvənd olunmayan şəxslərdir: "Bu gün pandemiyadan yeganə çıxış yolumuz peyvənddir. Vaksinasiyanın stimullaşdırılması istiqamətində bir sıra addımlar atılıb. 1 sentyabrdan etibarən bütün tibb müəssisələrinin ən azı 80 faiz əməkdaşının peyvənd olunması tələb olunur. Tədris prosesinin bərpası təhsil və elm sahəsində 80 faiz işçinin vaksin olunması tələb olunur. Bu qaydalar bütün xidmət sektorunda çalışan işçilərin peyvənd olunmasına aiddir. Oktyabr ayının 1-dək isə ikinci doza vaksin vurulmalıdır. Bu sahələrin siyahısı Nazirlər Kabinetinin qərarında öz əksini tapıb".
Şahmar Mövsümov əlavə edib ki, idman zalları və toylara vaksinlə daxil olma tələbi 1 sentyabrdan etibarən genişləndiriləcək: "İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində giriş zamanı COVID passportu tələb ediləcək. Növbəti mərhələdə qərar kinoteatr və teatrlara da aid ediləcəkdir. Vaksin passportlarının yoxlanması üçün ASAN xidmət tərəfindən proqram təminatı hazırlanır və bununla mobil telefonlarda vakin passportları sürətli yoxlanacaq".
Şahmar Mövsümov bildirib ki, bu yeniliklərin məqsədi pandemiyadan əvvəlki həyatı bərpa etməkdir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi