Sosial
Məşhur aparıcı "Space"dən getdi
Uzun illər "Space"də çalışan xəbər aparıcısı Elvin Basqallı telekanalla yollarını ayırıb.
Publika.az xəbər verir ki, aparıcı bu barədə feysbuk hesabında yazıb.
"Məzuniyyətim bitdi və sabah (bu gün - red) sonuncu dəfə "Space"ə gedəcəm. 8 il sürən əməkdaşlıq sabah rəsmən yekunlaşacaq. Şərəfini şərəflə qorudum, əməyimi, istedadımı xəsislik etmədən xərclədim. Elə mənim də qazancım az olmadı - dostlar, tanışlar, təcrübə və milyonların sevgisi, alqışı... hələ qələbə xəbərlərinin carçısı olmaq şərəfi... Hər gün eyni vaxtda ana xəbəri Sizlərə sevərək təqdim etdim. Minlərlə efir məni "Space"in, "Space"i də mənim həyatımda dərin izlərlə həkk etdi. Lakin indi ayrılıq dəmidir! Bu ayrılıqsa bizi bir neçə gün sonra yenidən görüşdürəcək, İNŞƏALLAH! Efirdə olmadığım aylar ərzində bir gün belə əskik etmədiyiniz sevgi və diqqət qarşısında sayğı duruşundayam!", - E.Basqallı qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
