Sosial
Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər şəhidləri" adlı kitabı çap olundu
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər şəhidləri" adlı kitabı çap olunub.
Publika.az xəbər verir ki, nəşrdə 44 günlük Vətən müharibəsində İsmayıllıdan 830 nəfər könüllünün iştirakından, torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.
Müəllif müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında göstərdiyi rəşadətdən və qazanılan Qələbədən söz açaraq Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqavimətinin qırıldığını bir daha qeyd edib.
Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Kitab "Zərdabi Nəşr" MMC Nəşriyyat Poliqrafiya Müəssisəsində çap olunub. Kitab şəhid ailələrinə təqdim olunacaq.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...