Sosial
"Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA
"Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı məsələyə aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə açıqama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, borcun ödənilməsi istiqamətində iş aparılır.
"Hazırda bütün qazanxanalar təbii qazla təmin olunur. Heç bir qazanxananın qaz təchizatında problem yoxdur. Borcun ödənilməsi istiqamətində isə "Azəristiliktəchizat" tərəfindən zəruri tədbirlər görülür. Borc bu ilə aiddir. Ötən illərə aid borcumuz yoxdur", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, "Azəristiliktəchizat"a 15 dekabradək "Azəriqaz" İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib. Ödəniş edilmədiyi halda, qərara əsasən, qazın verilişi dayandırıla bilər. "Azəriqaz" borcun həcminin 25 milyon manat olduğunu açıqlayıb.
-
Magazin106:46Xoşqədəm Hidayətqızı kafedə gözlənilməz vəziyyətlə üzləşdi: "Biabırçılıqdır"
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO


































