Azərbaycana gətirilən rüsumsuz malların limiti azaldılıb? - RƏSMİ
Bizi izləyin

Sosial

Azərbaycana gətirilən rüsumsuz malların limiti azaldılıb? - RƏSMİ

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.

DGK-dən bildirilib ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.

"Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil", - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.

Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm