Sosial
“Azəristiliktəchizat” abonentlərini aldadır: sakinlər istiliyə həsrət qalıb
Bakı şəhər Xətai rayon sakinləri havaların qeyri-sabit keçdiyi bir vaxtda soyuqla yatıb, soyuqla oyanırlar. Noyabrın 15-dən “Azəristiliktəchizat” ASC bütün ölkə üzrə qış rejiminə keçsə də, nədənsə Məhəmməd Hadi, Xudu Məmmədov küçələri və Gəncə Prospektində bu keçidin ömrü az olub.
Sözügedən ərazinin bir qrup sakini Publika.az-ın redaksiyasına müraciət edərək bir həftədən çoxdur istiliyin verilmədiyini bildiriblər.
Sakinlərin sözlərinə görə, noyabrın 15-də verilməli olan istilik bir neçə gün gecikdirilib. Daha sonra isə yaşayış binaları istiliklə təmin olunub. Ancaq sakinlərin istilik sevinci uzun çəkməyib. Bir neçə gündən sonra qeyd olunan ərazilərdə istiliyin verilməsi dayandırılıb. İstiliyə həsrət qalan sakinlər dəfələrlə “Azəristiliktəchizat” ASC-yə müraciət etsələr də, onların bu müraciəti qurumun fəaliyyəti kimi də soyuq qarşılanıb və mövcud durumla bağlı heç bir addım atılmayıb.
Qeyri-sabit hava şəraitinin hökm sürdüyü bir vaxtda sakinlərin istiliklə bağlı qayğıları da artır. Məhəmməd Hadi küçəsi 71A ünvanında yaşayan şikayətçilərin sözlərinə görə, istiliyin kəsilməsi ucbatından böyüklər bir tərəfə, evin kiçik sakinləri soyuğun səbəb olduğu xəstəliklərlə mübarizə aparırlar. “Azəristiliktəchizat” ASC isə hələ də üzərinə düşən məsələni nədənsə yerinə yetirmir, ya da ümumiyyətlə yerinə yetirmək istəmir. Görünən odur ki, qurum etməli olduğu işi yox, öz bildiyini edir və mövcud problemlə bağlı ortada irəliləyiş yoxdur.
Xətai rayonu Gəncə Prospekti 79 ünvanında yaşayan sakinlər də evlərindəki istiliyə həsrət qalan istilik sistemlərinə baxaraq köks ötürürlər. Sözügedən ərazidə yaşayan sakinlər qeyd edirlər ki, uzun müddətdir istilik ala bilmirlər və bu, dözülməz vəziyyət yaradıb. Elektrik enerjisi ilə işləyən isidicilər istifadə etsələr də, kommunal xərclərin çox olması səbəbindən bunun da ömrü az olur. Sakinlərin başqa çıxış yolu qalmayıb və istiliyə cavabdeh olan qurumdan problemin tezliklə həll olunmasını tələb edirlər.
Sakinlərin deməkdən yorulduğu problemi “Azəristiliktəchizat” ASC-yə bildirdik. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən ərazilərdəki problemdən xəbərdardırlar: “Qəza bir neçə gün olar yaranıb, uzun müddət deyil. Həmin ərazilərə istilik “Azərenerji”nin tabeçiliyində olan İstilik Elektrik Mərkəzindən verilir. Qəza bununla bağlıdır. Oradan gələn magistral kəmərdə axıntı var idi. Bunun qarşısı alınıb. Dünən axşamdan problem aradan qaldırılıb, bu gündən artıq sözügedən ərazilərə istilik verilir. Yəqin ki, yaxın saatlarda temperatur qalxacaq”.
“Azəristiliktəchizat”ın xoş xəbərini sakinlərə çatdırsaq da, sevincimiz uzun çəkmədi. Sakinlər bildirdilər ki, istilikdən əsər-əlamət yoxdur. Temperaturun qalxmasına gəlincə, ümumiyyətlə istiliyin bərpa olunmadığını dedilər. “Azəristiliktəchizat” bu dəfə iki tərəfi aldatdı. Həm medianı, həm də istiliyə həsrət qoyduğu abonentlərini. Sakinləri haqsız adlandıran qurum özünə haqq qazandırmağa çalışdığı qədər işini düzgün görsəydi, yəqin ki, ortada narazılıq olmazdı. Ümid edirik ki, istiliyimizin həvalə olunduğu qurum bundan sonra problemi adı kimi də isti-isti araşdırıb həllinə çalışacaq.
Akqabay Mıradov
-
Avropa00:27Londonda yəhudi icmasına hücum: yaralılar var
-
Nida Xəbər 10 May 21:14Qarabağ bizim deyildi - Paşinyan
-
Magazin110 May 20:46Safurə oğluna ad günü etdi - Foto
-
İdman10 May 19:39O məğlubiyyətdən sonra Çimayev UFC prezidentinə nə deyib?
-
Nida Xəbər 10 May 19:00On il ərzində onun, uzağı, 5-6 gün istirahət elədiyini görmüşəm... - Heydər Əliyevin fotoqrafı ilə müsahibə
-
Nida Xəbər 10 May 18:48Prezidentin xüsusi diqqət göstərdiyi şəhid atasının qəhrəman oğlu: Samir haqda nələr bilirik? - Foto/Video
-
İdman10 May 17:25"İran futbolçuları Dünya Kubokunda oynamağa layiqdirlər” - Mourinyo
-
Sosial10 May 16:44Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTO














.jpg)




















