Sabah bu rayonda qaz olmayacaq
Bizi izləyin

Sosial

Sabah bu rayonda qaz olmayacaq

Qaradağ rayonunun qaz təchizatında fasilə yaranacaq Qaradağ rayonunun bir hissəsini qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Publika.az “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, iyulun 5-də saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm