Rəhim Rəhimli dəfn olundu - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Sosial

Rəhim Rəhimli dəfn olundu - FOTO/YENİLƏNDİ

Müğənni Rəhim Rəhimli Bülbülə qəbiristanlığında dəfn edilib.

Publika.az xəbər verir ki, mərhumun dəfn mərasimində ailə üzvləri, yaxınları və sənət dostları iştirak ediblər.

Qeyd edək ki, ifaçı 43 yaşında ürəktutmadan vəfat edib.

xxx

12:57

Müğənni Rəhim Rəhimli Səbail rayonunda yerləşən mənzilindən son mənzilə alqışlarla yola salınır.

Publika.az xəbər verir ki, müğənni Bülbülə qəbiristanlığında dəfn ediləcək.

Mərhumun vida mərasimində xalq artisti Aygün Kazımova, müğənnilər Niyam Salami, Zamiq Hüseynov, Vasif Məhərrəmli, əməkdar artist Elza Seyidcahan, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Kamilə Babayeva, Lalə Əlimuxtarova, Turan İbrahimov, Samir Bayramlı, bəstəkar-müğənni Murad Arif və bir çoxları iştirak edirlər.

Qeyd edək ki, ifaçı 43 yaşında ürəktutmadan vəfat edib.

xxx

10:15

Xəbər verdiyimiz kimi müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, ürək tutmasından vəfat dən ifaçının vida mərasimində anası Firəngiz Rəhimli göz yaşlarına qərq olub.

İfaçı ilə vida mərasiminə yaxınları gəliblər.

Qeyd edək ki, Rəhim Rəhimli bu gün 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm