Sosial
Polkovnik Mayis Orucəliyev dəfn edildi

Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib.
Publika.az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.
Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.
Prezident İlham Əliyev sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.
Bundan başqa, o, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bir ildən çox idi ki, ehtiyata çıxmışdı.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi münaqişələr ola bilər
-
İdman00:00
Millimizin voleybolçusu: "Zəlzələ uzun müddət davam etdi, çox qorxduq"
-
MDB6 Fevral 23:48
Rusiya xilasediciləri Türkiyəyə göndərildi - Nazir müavini RƏHBƏRLİK EDİR
-
İdman6 Fevral 22:07
Məşqçi və ailəsi dağıntılar altından çıxarıldı
-
Dəb6 Fevral 22:00
Ulduzlar dəbdəbəli ziyafət libaslarında - FOTO
-
Dəb6 Fevral 20:40
53 yaşlı Cennifer Lopez geyimi ilə göz qamaşdırdı - FOTO
-
Region6 Fevral 19:48
Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
-
Nida Xəbər 6 Fevral 19:36
Baş nazirdən MÜHÜM QƏRAR: martın 1-dən etibarən...