Sosial
"Bu da mənim imtahanımdır, söyənlərə 17 dəfə dua edirəm" - Bəhram Bağırzadə
“Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma bu işlər gəlməzdi”
Publika.az xəbər verir ki, Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışında bu dəfə də əməkdar artist Bəhram Bağırzadə qonaq olub.
O son zamanlar onun əleyhinə aparılan müzakirələrdən və təhqirlərdən danışıb.
“Mən həmişə Allaha təvəkkül edib yaşamışam. 2 il əvvəl məni böyük bir bəladan, ölümdən xilas edib yenidən bu həyata, günahlar dünyasına qaytardı. Ondan sonra heç nədən qorxmuram. Narahatçılığım bir ondandır ki, mən ölüb gedəcəyəm, gələcək nəslə, övladlarımıza görə narahatam. Uşaqların gələcəkdə ailə quracaqları insanlar kim olacaq? Mən istəmirəm övladlarım xarici ölkəyə köçüb yaşasın. İstəməzdim. Mən istəyirəm bu məmləkətdə yaşasınlar.
O cəmiyyətdə ki, gələcəyin terrorçuları, vandalları var, ona görə qorxuram. Biz bunların tərbiyəsi ilə məşğul olmasaq çox böyük faciələr yaşaya bilərik.
Mən bir mədəniyyət işçisi kimi deyirəm ki, mədəniyyətdə deqradasiya gedir.
Mən elə bil həyatımda qəribə təsadüfdür, 5 ildən bir qalmaqala düşürəm. Pandemiyada da komaya düşəndə qalmaqal yaşandı.
Mənim də alnıma belə yazılıb. Allah mənə güc verir, imtahana çəkir. Mən heç vaxt təslim olmayacam.
Məni sosial şəbəkələrdə söyənlərə gündə 17 dəfə dua edirəm.
Mən Don Kixotluq edirəm, bu gün bunu etməsəydim, heç kim deməyəcəkdi. Hamı görür, amma susurlar”. ("Bakupost")
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi







.jpg)



.jpg)
.jpg)

.jpg)
























