FHN-in Türkiyəyə növbəti humanitar yardımı yola salınır - YENİLƏNDİ
Bizi izləyin

Sosial

FHN-in Türkiyəyə növbəti humanitar yardımı yola salınır - YENİLƏNDİ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımların qardaş ölkəyə yola salınıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib.

Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".

FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşaiyət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yarım karvanıdır".

xxx

11:29

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.

Publika.az xəbər verir ki, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, humanitar yardım yük avtomobilləri və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm