Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru"ya HÖKM OXUNDU
Bizi izləyin

Sosial

Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru"ya HÖKM OXUNDU

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az Unikal-a istinadla xəbər verir ki, rus mətbuatına istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Rəşad İsmayılov "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər "BMW X5" markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm