Sosial
Prezidentdən tarixi qərar: Bəşəri amallara söykənən ƏFV AKTI
Prezident İlham Əliyev ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Əfv Sərəncamı imzalayıb.
2023-cü il 8 may tarixli “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncama əsasən 801 məhkum əfv olunub: onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib;

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan, məcburi çıxarılma onlara tətbiq edilməyəcək. Bununla yanaşı, Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Prezident yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilib və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub. Nəticədə 801 məhkum əfv olunub.
Dövlət başçısının bu sərəncamı ümumilli lider Heydər Əliyevin humanist siyasətinin davam etdirilməsinin bariz nümunəsidir. Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən, insan hüquq və azadlıqlarının qorunmasında zəngin irs yaradıb. Prezident İlham Əliyev bu irsi davam etdirir. 2003-cü ildə “Mən hər bir azərbaycanlının prezidenti olacam” deyə bəyan edən Prezident İlham Əliyevin əfv siyasəti mövqeyindən asılı olmayaraq, bütün məhkumları əhatə edib və daim humanizm prinsiplərinə söykənib.

Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə imzalanan Əfv Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. İndi isə dövlət başçısının humaniz prinsiplərinə söykənən qərarı 801 məhkumu əhatə edir. İndi 801 ailədə sevinc yaşanır.
Publika.az
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya


































