Sosial
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı və Suraxanı rayonu 118 saylı tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Altıağac Milli Parkında, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Təngəaltı kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Astara rayonu N.Gəncəvi adına Şiyəkəran kənd 1 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.








-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO