Sosial
FHN “Heydər Əliyev İli”nə həsr olunmuş yarış keçirdi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xidmətin “Buzovna” sularda xilasetmə məntəqəsində keçirilən yarışda Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşlarından ibarət 18 komanda mübarizə aparıb. Yarış açıq dənizdə və qapalı hovuzda təşkil edilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında “Pirşağı” məntəqəsinin komandası 1-ci yeri, “Buzovna” məntəqəsinin komandası 2-ci yeri, “Zuğulba” dalğıc-axtarış qrupunun komandası 3-cü yeri tutub. Şəxsi birincilikdə isə Qabil Həsənov 1-ci, Haşım Babayev və Rahib Ələkbərzadə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Yarışların mükafatlandırma mərasimində çıxış edən Xidmətin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?