Bu şəxslər 50 manat cərimə olunacaqlar - XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Bu şəxslər 50 manat cərimə olunacaqlar - XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara yol verməyən sürücülərə müraciət edib.

Mərkəzdən Publika.az-a daxil olan müraciətdə deyilir:

“Qaydalara riayət edib, piyada keçidləri ilə hərəkət etmək istəyən şəxslərə bəzən sürücülər yol vermir. Paytaxt ərazisindəki müşahidə kameralarının görüntüləri bunu deməyə əsas verir. Belə ki, bəzi sürücülər daha çox Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Səbail rayonlarının küçə və prospektlərində nizamlanmayan piyada keçidlərindən istifadə etmək istəyən piyadalara yol vermirlər.

Piyadalar bu keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər. Nizamlanmayan piyada keçidlərində piyadalara tək minik avtomobillərinin sürücüləri deyil, həmçinin bəzi moped və motosiklet sürücüləri də yol vermir.

Belə sürücülər bilərəkdən qaydalara əmək etməkdə məsuliyyətsizlik edirlər. Çünki cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında piyadalara yol verməyən 5 minə yaxın sürücü, ötən ildə isə 10 minə yaxın sürücü barəsində cərimə tətbiq edilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyən sürücülər 50 manat miqdarında cərimə edilirlər.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan, hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm