Sosial
FHN yanğın təhlükəsizliyinə dair silsilə tədbirlər keçirdi - Foto
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Samux rayonunun Ziyadlı, Şəmkir rayonunun Xuluflu, Salyan rayonunun Ərəbqardaşbəyli, Sabirabad rayonunun Surra, Saatlı rayonunun Potubəyli kəndlərinin ərazilərində yerləşən taxıl sahələrində, Qəbələ rayonunda yerləşən Bum meşəbəyliyində, Şahdağ Milli parkının İsmayıllı bölməsində, Göygöl rayonu Aşıqlı kəndi ərazisindəki meşə sahəsində, Ağcabədi və Bərdə rayonlarının Meşə Təsərrüfatı mərkəzlərində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Toplantılarda yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsi ilə meşəlik ərazi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)

















.jpg)









