Sosial
Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirildi
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən toplanışda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplanışda cari ilin birinci yarımilində hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi və digər tapşırıqlar üzrə məruzələr dinlənilib, həmçinin növbəti tədris dövründə icra ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun növbəti tədris dövrü ərzində xüsusilə azad edilmiş ərazilərdə hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.
Sonda atəş hazırlığı üzrə nümayiş məşğələsi toplanış iştirakçılarına təqdim edilib.
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim



















.jpg)
















.jpg)
