Sosial
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib
Yeni tədris ilindən “Ana dili - Azərbaycan məktəbi” layihəsi məsafədən dərslərə start verib.
Publika.az xəbər verir ki, bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.
Qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qurşaqlarını nəzərə almaqla təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən təşkil edilir. Proqram iki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək.
Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək.
Qeyd edək ki, “Ana dili - Azərbaycan məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?