Sosial
Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? - Foto
Xocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Hüseynov Murad Tofiq oğludur.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.
Tofiq Hüseynovun övladları Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb. Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb. Belə ki, Hüseynovlar ailəsi rus jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş...
Həmin foto...
Faciə zamanı hərbçi Bakir Hüseynov da Xocalıda döyüşlərdə iştirak edib. Onun taleyi ilə bağlı həmin gecədən indiyədək heç bir məlumat yoxdur. O, erməni vandalizmi nəticəsindən itkin düşən minlərlə soydaşımızdan biridir.
Milli Qəhrəman Tofiq Hüseynova gəlincə, o, 1954-cü ildə Xocalıda anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra, 1991-ci ildə Xocalıda özünü müdafiə taborunun yaradıcılarından biri olub. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Birinci Qarabağ müharibəsi zamanı bir sıra qəhrəmanlıqlarla yadda qalan, yüzlərlə soydaşımızı təhlükəsiz əraziyə köçürməyi bacaran Tofiq Hüseynov, son döyüşündə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı düşmənləri də partladıb. Onun nəşi 20 gün sonra erməni əsirlə dəyişdirilib. Milli Qəhrəmanımız Bakının Şəhidlər xiyabanında dəfn olunub.
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO