Sosial
Bakıda ondan çox avtomobilə belə ziyan vurdular - ANBAAN VİDEO
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib.
Publika.az xəbər verir ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.
Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.
Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?












.jpg)















.jpg)
.jpg)








