Sosial
Azərbaycan könüllüləri üçün silsilə tədbirlər keçirildi - FOTO
2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib.
AKTİ və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər zamanı Azərbaycan könüllüləri “Azərterminalkompleks” Birliyində yaradılan Heydər Əliyev guşəsinə və Gömrük Tarix Muzeyinə, Dövlət Gömrük Komitəsinin Akademiyasına və Komitənin Kinoloji Mərkəzinə ekskursiya ediblər. Ekskursiya iştirakçıları “Azərterminalkompleks” Birliyində yaradılan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərin və eksponatların yer aldığı guşə ilə tanış olublar. Ardınca könüllülər Gömrük Tarixi Muzeyi və “Gömrükçü klub”una baş çəkiblər. “Azərterminalkompleks” Birliyində olarkən gənclərə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gömrük əməkdaşı Ülvi Hacıyevin şərəfli döyüş yolundan bəhs edilib. Son olaraq Kinoloji Mərkəzə ekskursiya zamanı Azərbaycan Könüllüləri Mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində xidmətindən istifadə olunan itlərin yetişdirilməsi qaydaları ilə bağlı məlumat əldə ediblər.
Bundan əlavə, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” layihəsi keçirilib. Azərbaycan könüllüləri “Könüllü DOST”larla birlikdə DOST Mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar.
Həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Azərbaycan Könüllülərinin iştirak etdiyi aksiya zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının iqliminə uyğun 1000-ə yaxın zeytun və Eldar şamı ağacları əkilib.
AKTİ tərəfindən “Könüllü soruşur” rubrikası çərçivəsində Gənclər Günü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarında Azərbaycan könüllülərinin iştirakı ilə maraqlı və səmimi sorğu keçirilib.
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu




































